“Barsa” qərar verdi – Ulduzu satırıq
Bizi izləyin

İdman

“Barsa” qərar verdi – Ulduzu satırıq

“Barsa” qərar verdi – Ulduzu satırıq

“Barselona”nın ulduzu Sesk Fabreqasın iyunda klubu tərk edəcəyi barədə məlumat yayılıb.

Publika.az xəbər verir ki, bu mövsüm bir çox oyunlarda ehtiyat oyunçular skamyasında oturan yarımmüdafiəçi özü də başqa kluba keçmək fikrinə düşüb. Katalonlar Fabreqası satmaq haqda düşünür. “Barsa” rəhbərliyi müqaviləsinin bitməsinə 2 il qalan Sesk üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırlaşır. Bəzi məlumatlara görə, Fabreqas mövsümün sonunda yenidən İngiltərəyə dönəcək. Ona həm keçmiş klubu “Arsenal”ın, həm də “Mançester Yunayted”in təklif göndərəcəyi iddia olunur. Kataloniya klubuna yaxın mənbələr bildirirlər ki, London klubu Fabreqasın müqaviləsində nəzərdə tutulan 29 milyon avronu ödəyərək, onu geri almağa çalışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm