İran idmançılarını Türkiyəyə buraxmadı
Bizi izləyin

İdman

İran idmançılarını Türkiyəyə buraxmadı

İranın Ankaradakı səfirliyi idman federasiyalarına idmançıların müvəqqəti olaraq Türkiyəyə səfərlərini saxlamağı tapşırıb.

İranın Gənclər və İdman Nazirliyi idmançıların və idman komandalarının təhlükəsizlik baxımından Türkiyəyə səfərlərini dayandırıb.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İranın Ankaradakı səfirliyi idman federasiyalarına idmançıların müvəqqəti olaraq Türkiyəyə səfərlərini saxlamağı tapşırıb.

Qeyd edək ki, bu qərar Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülməsi ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm