“Borussiya” hücumçusunu Çinə göndərir
Bizi izləyin

İdman

“Borussiya” hücumçusunu Çinə göndərir

“Borussiya” hücumçusunu Çinə göndərir.

Dortmund "Borussiya"sının futbolçusu Adrian Ramos karyerasını Çində davam etdirə bilər.

Publika.az xəbər verir ki, "Beytszin Qoan" klubu kolumbiyalı hücumçunun xidmətində maraqlıdır.

Hazırda Dortmund klubunda ildə təqribən 3 milyon avro qazanan A.Ramos keçid baş tutacağı təqdirdə 10 milyon avro civarında vəsait qazanacaq.

Qeyd edək ki, Adrian Ramos "Borussiya" forması ilə cari mövsümdə 7 oyunda meydana çıxıb. O, bu qarşılaşmaların 4-də start heyətində yer alıb, 2 qol vurub və bir qol ötürməsi verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm