Reynaldo: Bir gün yenə Azərbaycana qayıdacam
Bizi izləyin

İdman

Reynaldo: Bir gün yenə Azərbaycana qayıdacam

Reynaldo Azərbaycana təşəkkür edib.

“Adanaspor” klubu ilə danışıqlar aparmaq üçün Türkiyəyə yollanan Reynaldo Azərbaycana təşəkkür edib.

Publika.az xəbər verir ki, “Qarabağ”dan ayrılan braziliyalı forvard “facebook” hesabından bunları yazıb:

“Azərbaycan xalqını salamlayıram. Orda olduğum müddətdə mənə dəstək olan klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarıma, klubda çalışan hər kəsə, azarkeşlərə minnətdaram.

Neçə ildi yaşadığım və mənə doğmalaşan ölkədən ayrılmaq çətindir. Çox yaxşı təəssüratlarla ayrılıram. Sizi çox sevirəm və hər zaman ürəyimdə olacaqsız. Bir gün yenə Azərbaycana qayıdacam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm