İdman
“Qəbələ”nin tarixi zəfəri – VİDEO
Azərbaycan Premyer Liqasının 34-cü turu “Qəbələ” üçün tarixi əhəmiyyət kəsb etdi.
Publika.az xəbər verir ki, “Bakı” üzərində 3:1 hesablı qələbə qazanan Yuri Syominin yetirmələri Azərbaycan çempionatları tarixində özünün ən yüksək nəticəsini təmin etdi.
Mövsümün sonuna 2 tur qalmış 3-cü pillədə qərarlaşan, gümüş medal şansını da qoruyan “qırmızı-qaralar” ilk “dördlük”də yerini təmin edib. Bu isə klub tarixinin ən yaxşı nəticəsi olan 2011/12 mövsümündəki 5-ci yerdən yaxşıdı.
Azərbaycan kubokunun finalında “dördlük”də yer almağa digər namizədlə “Neftçi” ilə görüşməsi “Qəbələ”nin indidən avrokuboklara da vəsiqə qazanması üçün zəmin yaradıb. 2005-ci ildə əsası qoyulan komanda 9 illik tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb. Bu, son iki tur və kubokun finalının nəticəsindən asılı olmayaraq rəsmiləşib.
31-ci turda “Rəvan”ı 2:1, 32-ci turda “Simurq”u 1:0, ötən tur “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən Yuri Syominin yetirmələri ardıcıl 4-cü qələbəsini qazandı. Bu isə klubun Premyer Liqa tarixində ən uzun qələbə seriyasının təkrarıdı. Komanda ötən mövsümün 21-24-cü turlarında da ardıcıl 4 matçda 3 xal əldə etmişdi. Növbəti turda əldə olunacaq qələbə ilə “Qəbələ” mütləq rekord rəmsiləşdirəcək.
Bu görüş digər rekordlarla da əlamətdar olub. Bir mövsümdə vurulan qolların sayında (45) 2011/12 mövsümündəki rekord (43) yeniləndi. Qələbə (17) və xal sayında (57) ötən tur müəyyənləşdirdiyi rekordu daha da yaxşılaşdırdı. Ev qələbələrinin sayında 2009/10 və 2011/12 mövsümlərinin rekordu təkrarlandı – 9 qələbə. Ev oyunlarında vurulan qolların sayında 2011/12 mövsümüün rekordu təkrarlandı. Cari çempionatda 12-ci qolunu vuran Subotiç Premyer Liqada bir mövsümdə ən çox qol vurmaq rekordunu yaxşılaşdırdı.
Marat İzmaylov və Müşfiq Teymurov “Qəbələ”nin heyətində qol hesablarını açdılar. Marat 16-cı, Müşfiq isə 15-ci görüşündə buna nail oldu. Bununla da klub tarixində qol vuranların ümumi sayı 86-ya, Premyer Liqada fərqlənənlərin sayı 64-ə çatdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada “Qəbələ” üçün qol vuran ən gənc futbolçu oldu. Ölkə çempionatları tarixində isə o, komandanın 5-ci ən gənc qolçusudu. Amil Yunanov (19 yaş 4 ay 5 gün), Vasif Əliyev (20 yaş 20 gün), Vüsal Qarayav (20 yaş 1 ay 3 gün), Samir Zərgərov (20 yaş, 5 ay 25 gün), Asif Məmmədov (20 yaş 7 ay 27 gün) daha gənc qol vurmuşdular.
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var
-
Magazin210:06
Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda YENİ DETALLAR - Videoya çəkiblər
-
Cənubi Qafqaz09:30
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?