İdman
"Qəbələ"dən möhtəşəm uğur - Ardıcıl 4-cü dəfə avrokuboklarda
Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir medalçı və Avropa kuboklarına vəsiqə qazanan növbəti klubun adı müəyyənləşib.
"Report"un məlumatına görə, bu, hazırda 2-ci pillədə gedən "Qəbələ"dir. Roman Qriqorçukun baş məşqçi olduğu komanda XXIII turda səfərdə AZAL-la 1:1 hesablı heç-heçə edərək, xallarını 47-yə çatdırıb. 4-cü pillədəki "Zirə" də "Qarabağ"la qarşılaşmadan 1 xalla ayrılıb - 0:0. Beləliklə, "Qəbələ"nin çempionatı avrokuboklara vəsiqə verən ilk "3-lük"də başa vuracağı dəqiqləşib. Başqa sözlə, "qırmızı-qaralar" ardıcıl 4-cü mövsüm medalçılar sırasında yerini təmin edib.
Amma əvvəlki 3 ildə "Qəbələ" yalnız bürünc medalla kifayətlənibsə, bu dəfə nəinki gümüş, hətta qızıl medal qazanma şanslarına malikdir. Lakin "qırmızı-qaralar"ın 2-ci yeri təmin etməsi XXV, çempionluğa yiyələnməsi isə XXVI turdan tez gerçəkləşməyəcək. Təbii ki, bunun üçün 3-cü pillədəki "İnter" növbəti 2, lider "Qarabağ" isə növbəti 3 turda uduzmalı, Roman Qriqorçukun komandası isə meydanı yalnız 3 xalla tərk etməlidir.
Qeyd edək ki, avrokuboklara ilk vəsiqəni XXII turda "Qarabağ" qazanıb. Reqlamentə əsasən, daha 2 vəsiqəni bürünc medalçı ilə Azərbaycan Kubokunun sahibi təmin etməlidir. Kuboka ilk "3-lük"dəki komandalardan biri sahib çıxsa, 4-cü vəsiqə 4-cü pillənin sahibinə qismət olacaq. Hazırda 3-cü pillədə 39 xalla "İnter", 4-cü pillədə isə 30 xalla "Zirə" qərarlaşıb.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO