Milan derbisində dramatik sonluq - - VİDEO
Bizi izləyin

İdman

Milan derbisində dramatik sonluq - - VİDEO

İtaliya A seriyasında 32-ci tura yekun vurulub.

İtaliya A seriyasında 32-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun ilk oyununda Milan derbisi baş tutub. Əzəli rəqiblər - “İnter” və “Milan” doğma “San-Siro”da münasibətlərinə aydınlıq gətiriblər. Oyun məhsuldar heç-heçə nəticələnib - 2:2.

Lider “Yuventus” bu turda autsayder “Peskara”nın qonağı olub. "Qoca sinyora" səfər oyunundan 3 xalla ayrılıb - 2:0.

Turin təmsilçisinin ən yaxın izləyicisi "Roma" isə evdə "Atalanta" ilə oyunda xal itirib - 1:1.

İtaliya A seriyası, 32-ci tur

15 aprel

İnter - Milan 2:2

Qol: Kandreva, 36. İkardi, 44 - Romanyoli, 83. Sapata, 90+7.

Roma - Atalanta 1:1

Qol: Dzeko, 50 - Kurtiç, 22.

Kalyari - Kyevo 4:0

Qol: Boryello, 11. Marko Sau, 15. Joao Pedro, 40; 90.

Fiorentina - Empoli 1:2

Qol: Tello, 64 - El Kadduri, 38. Paskal, 90+3-pen.

Cenoa - Latsio 2:2

Qol: Simeone, 10. Pandev, 78 - Biqlia, 45+2. Luis Alberto, 90+1.

Peskara - Yuventus 0:2

Qol: İquayn, 22; 43.

Torino - Krotone 1:1

Qol: Belotti, 66-pen - Nvankvo, 81.

Palermo - Bolonya 0:0

Qol: Pulqar, 24 (Bolonya).

Sassuolo - Sampdoriya 2:1

Qol: Raqusa, 49. Açerbi, 56 - Şik, 28.

Napoli - Udineze 3:0

Qol: Mertens, 48. Allan, 63. Xose Kallexon, 72.

Bombardirlər: Belotti (Torino) - 25. Dzeko (Roma) - 25. İquayn (Yuventus) - 23. İkardi (İnter) - 21. Mertens (Napoli) - 21.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm