Millinin furbolçusu evi yaxınlığında güllələndi
Bizi izləyin

İdman

Millinin furbolçusu evi yaxınlığında güllələndi

Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Panama yığma komandasının yarımmüdafiəçisi Amilkar Enrikes Nuevo-Kolonda evi yaxınlığında güllələnərək öldürülüb.

Publika.az xəbər verir ki, bir neçə güllə yarası alan 33 yaşlı futbolçu xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə zamanı yaralanan Jozemar Pedro və Delano Vilson da xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A. Enrikes 2005-ci ildən milli komandada çıxış edir. İndiyə qədər 75 oyunda iştirak edən futbolçu sonuncu dəfə bu il martın 28-də ABŞ yığması ilə görüşdə meydana çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm