ÇL: Madrid klubları yarımfinalda (YENİLƏNDİ) - - VİDEO
Bizi izləyin

İdman

ÇL: Madrid klubları yarımfinalda (YENİLƏNDİ) - - VİDEO

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib.

Çempionlar Liqasında ikinci yarımfinalçının da adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, "Real" - "Bavariya" qarşılaşmasında qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac duyulub. İlk oyunda 1:2 hesabı ilə məğlub olan Münhen klubu Madriddəki cavab matçının əsas vaxtında status-kvonu bərpa edə bilib. Ancaq Arturo Vidalın 84-cü dəqiqədə meydandan qovulması əlavə vaxtda nəticəyə təsirini göstərib. Say üstünlüyündən yararlanan "Real" qarşısıalınmaz Ronaldonun pokeri sayəsində yarımfinala vəsiqə qazanıb.

***

Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib.

Publika.az xəbər verir ki, "Atletiko" 1/4 finalda İngiltərənin "Lester" klubunu mübarizədən kənarlaşdırıb. Dieqo Simeonenin baş məşqçi olduğu komanda səfərdəki ilk görüşdən 2:1 hesablı üstünlüklə ayrıldıqdan sonra evdə də uduzmayıb - 1:1. Madrid komandasının qolunu 26-cı dəqiqədə Saul Niqes vurub. "Lester"dən isə 61-ci dəqiqədə Ceymi Vardi fərqlənib.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

18 aprel

22:45 "Lester” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1

Qollar: Ceymi Vardi, 61 - Saul Nyiqes, 26

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1

22:45 "Real Madrid” (İspaniya) - "Bavariya” (Almaniya) - 4:2 (əsas vaxt - 1:2)

Qollar: Kriştianu Ronaldu, 76; 105; 110. Marko Asensio, 112 - Robert Levandovski, 53-penalti ilə. Serxio Ramos, 78-öz qapısına

Qırmızı vərəqə: Arturo Vidal, 84 ("Bavariya")

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun – 2:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm