Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
Bizi izləyin

Region

Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Kremldə keçirilən görüş başa çatıb.

Publika.az xəbər verir ki, onlar arasında danışıqlar bir saatdan çox davam edib.

Putin Paşinyanla görüşündə regionda təhlükəsizlik də daxil olmaqla, bütün münasibətlər spektrini müzakirə etməyi təklif edib.

Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra keçirilən görüşdə Putin bu ittifaqın həm Ermənistan, həm də Rusiya üçün müsbət xarakter daşıdığını vurğulayıb.

***

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm