Sosial
Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab - VİDEO
09:06
Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı “Şən gənc” layihəsində qəribə açıqlama ilə diqqət çəkib. Onun “Sizdən nəsə oğurlayıblar” sualına cavabı hər kəsi təəccübləndirib.
Bildirib ki, o vaxt Nizami Gəncəvinin üzünü təyin etmək üçün başının skeletini aparıblar. Onu da aparan ermənilər olub və skleti oğurlayıblar.
Mövzu ilə bağlı Publika.az Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçısi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas alim Zəhra Allahverdiyevanın fikirlərini öyrənib.
Zəhra Allahverdiyeva bildirdi ki, burada heç bir oğurluqdan söhbət gedə bilməz:
"Əslində bu belə deyil, 1938-39-cu illərdə iki dəfə Gəncədə Nizami Gəncəvinin qəbri ətraflında qazıntı işləri aparılıb. Bu, dövlətin qərarı ilə olub. Çünki 41-ci ildə onun yubileyini keçirəcəkdilər. Söhbət Bağırovun hakimiyyəti illərindən gedir. SSRİ dövrü idi və həmin dövrdə dövlət xətti ilə Gəncədə qazıntı işləri aparılırdı. Gəncəvinin qəbrindən tapılan əşyaları Sankt-Peterburqda yerləşən Ermitaja göndərirdilər. Orada xüsusi, böyük bir Nizami bölməsi açılmışdı. Nizaminin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. Həmin dövrdə Nizaminin kəllə sümüyünü də eksperiment üçün aparıblar. Bu haqda Azərbaycan televiziyasının sənədli filimi var. O filimdə göstəriblər ki, sovet alimi Mixail Gerasimov Gəncəvinin kəllə sümüyünü araşdırır, tədqiq edir. Araşdırmaqda məqsəd o olub ki, bu insanda hansı fiziki, bioloji dəyişikliklər var ki, belə dahiyanə əsərlər yazıb? Həmin filmdə Mixail Gerasimovun özünü göstərirlər və orada belə bir epizod gedir ki, sovet alimi Nizami Gəncəvinin kəllə sümüyünü araşdırır. Sonra həmin sümük aparılır Sankt-Peterburqa. Lakin orada eksponat kimi göstərilib-göstərilmədiyi yazılmayıb.
Yəni həqiqətən də Nizaminin kəllə sümüyü Rusiyaya aparılıb, ancaq burada oğurluqdan söhbət gedə bilməz".
Z. Allahverdiyeva onu da qeyd etdi ki, həmin dövrdə Nizaminin qəbrinin yerini dəyişməyə çalışıblar:
“Onun cəsədini çıxarıb başqa yerə aparmaq fikirləri var idi və bunu elədilər də. Bir gecənin içərisində Nizaminin cəsədini götürüb aparıblar başqa bir yerə və həmin gecə orada iştirak edən alimlərdən biri qəfil, müəmmalı şəkildə ölüb. Orada iştirak edənlərin qalanını da cəzalandırıblar. Səhəri günü Nizaminin cəsədini qaytarıblar öz qəbrinə və ört-basdır ediblər. Lakin kəllə sümüyünün qaytarılması haqqında məlumat qeyd olunmayıb.
Sovet hakimiyyəti dağıldıqdan sonra mən bir məqalə oxudum. Orada yazılmışdı ki, Ermitajda olan eksponatları gizli yolla Avropaya satıblar. Orada işləyən 10-15 qadını da buna görə həbs ediblər".
Allahverdiyeva Afaq Bəşirqızının bu fikrini ciddiyə almadığını bildirdi:
"Mən onun bu sözlərini ciddiyə almıram. Bu sözləri demək böyük bir məsuliyyət tələb edir. Bunu demək üçün əldə fakt olmalıdır, sənəd olmalıdır".
Gülnar Süleymanova
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ