İdman
“Bizi Olimpiya oyunları gözləyir”
Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vuran yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri vətənə qayıdıb.
Publika.az xəbər verir ki, çempionatın son iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 2 qızıl və 1 bürünc medal qazanıb. 50 və 69 kq-da finala yüksələn güləşçilərimiz Nanjinqə 2 lisenziyanı da təmin edib.
Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov yarış təəssüratlarını media nümayəndələri ilə bölüşüb: "Çempionata ciddi hazırlaşmışdıq. Əsas məqsədimiz yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyalar qazanmaq idi. Buna da nail olduq. Federasiya rəhbərliyi tərəfindən hazırlıqlarımız üçün maksimum şərait yaradılıb. Bildiyiniz kimi, Avropa çempionatlarında yunan-Roma güləşi yarışları daha gərgin keçir. Biz də əsas məqsədimiz olan Olimpiya lisenziyalarını qazanmaqla etimadı doğrultmağa çalışdıq. Qarşıda bizi Dünya çempionatı və Olimpiya Oyunları gözləyir. Çalışacağıq ki, orda da qızıl medallar qazanmaqla xalqımızı sevindirək".
Aygün
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO