İdman
İdmançılarımızı İrana aparan səbəb
Mayın 15-16-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.
Publika.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya,
Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya,
Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.
Bir neçə gün öncə keçirilən püşkatmanın nəticəsinə əsasən,
Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya
komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə
Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları
qüvvələrini sınayacaq.
Dünya Kubokunda iştirak edəcək komandamız artıq Tehrandadır. Baş
məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Mehrizad Esfandiyarifar və Akif
Əliyevin rəhbərliyi altında 13 güləşçimiz heyətdə yer alıb.
Yarışlarda ölkəmizi Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 59
kq), Azad Əliyev, Həsən Əliyev (hər ikisi 66 kq), Rüstəm Əliyev,
Rəsul Çunayev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin
Əhmədov (80 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 85
kq), Araz Həsənov (98 kq), Sabah Şəriəti və Valera Rodriqes (hər
ikisi 130 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək.
Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda
görüşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim
Qərib Əliyev təmsil edəcək.
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir