ÇL, yarımfinal: "Real" məsələni ilk oyunda həll etdi (YENİLƏNDİ)
Bizi izləyin

İdman

ÇL, yarımfinal: "Real" məsələni ilk oyunda həll etdi (YENİLƏNDİ)

Madriddə şəhərin iki məşhur komandası "Real" və "Atletiko" üz-üzə gəlib.

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Publika.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə şəhərin iki məşhur komandası "Real" və "Atletiko" üz-üzə gəlib. "Santyaqo Bernabeu" stadionunda təşkil olunan qarşılaşmanı ingiltərəli referi Martin Atkinson idarə edib.

Erkən qol vurmağa müvəffəq olan "Kral klubu" cütün taleyini elə ilk oyundaca böyük ölçüdə həll edib. Matçın qəhərmanı Kriştiano Ronaldo olub. Onun het-triki sayəsində "Real"-ın bir ayağı artıq finaldadır.

Çempionlar Liqası. Yarımfinal, ilk oyun

22:45. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya) 3:0

Ronaldo, 10; 73; 86.

Baş hakim: Martin Atkinson (İngiltərə)

"Santyaqo Bernabeu" stadionu

Qeyd edək ki, digər yarımfinal görüşü mayın 3-də Fransa "Monako"su ilə İtaliya "Yuventus"u arasında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm