İdman
"AZAL" fəaliyyətini dayandırdı
Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümündə sonuncu yeri tutaraq elitanı tərk edən AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilib, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunub: "Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə bir qərara gəlinib ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur.
AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaq".
Qeyd edək ki, AZAL klubu 2005-ci ildən fəaliyyət göstərirdi.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər