İdman
Bütün diqqətlər Naxçıvana - Azərbaycan kubokunun sahibi kim olacaq?
Bu gün futbol üzrə Azərbaycan kubokunun final matçı keçiriləcək.
Publika.az xəbər verir ki, Naxçıvanda baş tutacaq həlledici oyunda “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gələcək.
Cari mövsümdə Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi aparan əyalət təmsilçilərinin çəkişməsində üstün tərəf Ağdam klubu oldu. Ardıcıl 4-cü dəfə birinci olan “Köhlən atlar” indi də “qızıl dubl” arzusundadırlar. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna müvəffəq olacağı təqdirdə, ardıcıl 3-cü, ümumilkdə 6-cı dəfə Azərbaycan kubokunu muzeyinə aparacaq.
“Qarabağ” 9-cu dəfə final matçının iştirakçısı olacağı halda, yarışda debütü 2005-ci ilə təsadüf edən "Qəbələ” yalnız bir dəfə bu xoşbəxtliyi dadıb. “Qırmızı-qaralar” 2013/14 mövsümünün həlledici matçında “Neftçi”yə uduzub.
Üç ildən sonra yenidən finala yüksələn “Qəbələ”nin kubok oyunlarında “Qarabağ”a uduzmamağı diqqət çəkir. Bu duellərdən 5-də bərabərlik qeydə alınıb, bir görüşdə isə “qırmızı-qaralar” üstün olub. Özü də bu kollektivlər ardıcıl 3 mövsüm, hər dəfə də eyni – 1/4 final mərhələsində üz-üzə gəlib. Bütün duellərdə ilk oyun “Qəbələ”nin meydanında baş tutub. 2011/12 və 2012/13 mövsümlərində evdə qollu heç-heçə edən “qırmızı-qaralar” mübarizəni dayandırıb. 2013/14 mövsümündə də evdə heç-heçə edən, lakin bu dəfə qolsuz matçın iştirakçısı olan “qırmızı-qaralar” səfərdə qalib gəlib.
Naxçıvandakı matç “Qarabağ”la “Qəbələ”nin ümumilikdə 43-cü dueli olacaq. Əvvəlki 42 qarşılaşmanının 16-sı heç-heçə başa çatdığı halda, 16 oyundan Ağdam klubu qalib ayrılıb. (report)
Azərbaycan Kuboku. Final
5 may
16:00. "Qarabağ” – "Qəbələ”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan Muxtar Respublika stadionu (CBC Sport/ canlı)
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?