İdman
Ulduzun vida məktubu yayıldı
1995-ci ildən "Barselona"da çıxış edən, 2002-ci ildən A komandasının formasını geyinən Viktor Valdesin Kataloniya klubu ilə vidalaşdığı barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, bir müddətdi zədə səbəbindən oynamayan 32 yaşlı qolkiper azarkeşlər və birlikdə çalışdığı insanlar üçün vida məktubu yazıb. Məktubu olduğu kimi təqdim edirik.
"Artıq vidalaşmağın vaxtı gəldi. Təəssüf ki, meydanda olaraq vidalaşa bilmədim. Bu məktubu məni mən edən hər kəsə ünvanlayıram. 10 yaşımdan bəri mənim yaxşı bir qapıçı olmağım üçün çalışan bütün məşqçilərimə, xüsusən gənc yaşımda mənə etibar edən Lui Van Qaala təşəkkür edirəm.
Mənə ehtiyacım olan etimadı göstərən Frank Raykaarda, bizi böyük uğurlara daşıyan Pep Qvardioalya və bizə xarakter sahibi olmağın önəmini öyrədən Tito Vilanovaya təşəkkür edirəm.
Birlikdə çalışmaqdan həzz aldığım bütün dostlarım, sizinlə birlikdə "Barselona" emblemini sinəmdə daşıyaraq uğurlar qazanmaq böyük xoşbəxtlik idi. Hamınıza təşəkkür edirəm.
Son olaraq hər şeydən önəmli olan və məni 12 il boyunca dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Sizin dəstəyinizi hiss etmək böyük qürur qaynağıdı. Hər kəsə minlərlə dəfə təşəkkür edirəm. Bundan sonra da dəstəyinizin mənimlə olacağına inanıram".
Qeyd edək ki, 2002-ci ildən "Barselona"nın əsas komandasında çıxış edən Valdes La Liqa (6 dəfə), "Kral Kuboku" (2), İspaniya Superkuboku (6), Çempionlar Liqası (3), Avropa Superkuboku (2) və klublararası dünya çempionatının (2) çempionluğunu yaşayıb. O, La Liqada mövsüün ən yaxşı qapıçısına verilən "Zamora Trophy"i mükafatına 5 dəfə sahib çıxıb. Kataloniya klubunda 535 matç keçirən qolkiper 441 qola üzülüb. Vadlesin gələn mövsüm "Monako"da çıxış etməsi gözlənilir.
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO