“Qəbələ” – “Panatinaikos” oyununun biletləri satışda
Bizi izləyin

İdman

“Qəbələ” – “Panatinaikos” oyununun biletləri satışda

Avropa Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" (Yunanıstan) cavab oyununun biletləri satışa çıxarılıb.

Publika.az qol.az-a istinadən xəbər verir ki, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci kilometr qəsəbə stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı avqustun 3-ü saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm