İdman
“Qarabağ”-“Kopenhagen” oyununa qalan min bilet sabah BU SAATDA SATIŞDA OLACAQ
Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”-“Kopenhagen” oyunu üçün biletlərin əksəriyyəti satılıb.
Publika.az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Bununla belə, klubun saytı elan edib ki, “Kopenhagen”lə matç üçün nəzərdə tutulmuş 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarılır. Hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri sabah oyunun başlamasına 3 saat qalmış - saat 17:00-dan etibarən satışa çıxarılacaq.
Bunun da səbəbi biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaqdır.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, 5 və 25-ci sektor üçün biletlər təxminən 1000-ə yaxındır.
Beləliklə, bu biletlər də satılıb qurtardıqdan sonra sabahkı “Qarabağ”-“Kopenhagen” oyununu stadionda ümumilikdə 30 min 700-dən çox tamaşaçı izləyəcək.
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi