Qurban Qurbanov: "Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir"

"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidi".

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək Ağdam klubunun qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu "Çelsi", "Atletiko" və "Roma" ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Klubun rəsmi saytına açıqlama verən Qurbanov püşkü dəyərləndirib: "Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridi. Bu turnirdə təcrübə qazanıb, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”. (apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm