Serbiya Bakıda Avropa çempionu oldu
Bizi izləyin

İdman

Serbiya Bakıda Avropa çempionu oldu

Voleybolçu qadınlar arasında Avropa çempionatının qalibi məlum olub.

Publika.az xəbər verir ki, Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş final görüşündə Serbiya və Hollandiya milliləri üz-üzə gəlib.

Serbiya 3:1 hesabı ilə qalib gələrək, qızıl medala yiyələnib. Hollandiya isə gümüş medalçı olub.

Qeyd edək ki, bürünc medala Türkiyə millisi layiq görülüb. "Ay-ulduzlular" 3-cü yer uğrunda görüşdə Azərbaycan yığmasını 3:1 hesabı ilə yenib.

19:00. Hollandiya - Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm