Azərbaycan Dünya Boks Şurasına üzv qəbul olunub - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycan Dünya Boks Şurasına üzv qəbul olunub - FOTOLAR

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub.

Publika.az xəbər verir ki, bu barədə WBC prezidenti Maurusio Süleyman Bakıda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söhbət olub: "Prezident İlham Əliyev çox sadə və idman sahəsində geniş məlumatlara sahib adamdır. Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın. Azərbaycan bu il WBC peşəkar boks federasiyasının tərkibinə 166-cı sırada yer alır. Gələcəkdə WBC boks federasiyası inkişaf məqsədilə qadınlar arasında keçirilən peşəkar döyüşlərə daha çox üstünlük verəcək."

M.Süleyman geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inandığını vurğulayıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm