“Real”a Qaret Bale şoku
Bizi izləyin

İdman

“Real”a Qaret Bale şoku

İspaniyanın “Real” klubunda Qaret Bale böhranı yaşanır.

Publika.az xəbər verir ki, 2013-cü ildə rekord transfer məbləği ilə İngiltərənin “Tottenhem” klubundan alınan futbolçu tez-tez zədələndiyinə görə, Madrid klubu onu satmaq fikrinə düşüb.

Ulduz futbolçuya ilin ilk mövsümündə “Mançester Yunayted” və “Çelsi” klubları transfer təklifi etmişdi. “Real”ın futbolçunu satmaq niyyətinə düşməsi ilə bu klubların hərəkətə keçəcəyi iddia edilir. Digər tərəfdən Q.Balenin keçmiş klubu olan “Tottenhem”dən də transfer təklifi gələ bilər.

Qeyd edək ki, əslən qall olan futbolçu bu mövsüm İspaniya liqasında 5, UEFA Çempionlar Liqasında 2, UEFA Superkubokda 1 və İspaniya Superkubokunda 1 qol vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm