İdman
İngiltərədə vəziyyət GƏRGİNLƏŞİR - "Adamcığaz" məsələsi
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konte "Mançester Yunayted"dən olan həmkarı Joze Mourinyonun 2012/2013-cü illər mövsümündə danışılmış oyunlara görə cəzalandırılması ilə bağlı onun ünvanına səsləndirdiyi tikanlı atmacaya cavab verib.
“Report” xəbər verir ki, Konte portuqaliyalı məşqçini "adamcığaz" adlandırıb.
"Düşünürəm ki, baş verənlər haqqında həqiqəti bildiyin halda, bir insanı təhqir etməyə çalışırsansa, o zaman sən adamcığazsan. Lakin belə bir hal birinci dəfə deyil ki, yaşanır. O bunu ötən il də edib, indi də edir və gələcəkdə də edəcək", - deyə BBC Kontenin sözlərini sitat gətirib.
İki baş məşqçi arasında söz çəkişməsi bir neçə gün əvvəl
başlayıb.
Portuqaliyalı məşqçi oyunlar zamanı öz sakit davranış tərzində
danışan zaman deyib:
"Əgər mən meydanın kənarında özümü kloun kimi aparmıramsa, deməli, oyuna olan həvəsimi itirmişəm?"
İngiltərə mətbuatı ehtimal edib ki, Mourinyu bu sözləri deyərkən Konteni nəzərdə tutub. İtaliyalı da buna cavab verib:
"O, gərək öz keçmişinə baxsın. Bəlkə bunu özü üçün deyib?"
Mourinyu öz növbəsində bu sözləri diqqətdən kənar qoymayıb və bildirib:
"Mənim başıma heç vaxt gəlməyən və gəlməyəcək şey, danışılmış oyunlara görə, cəzalandırılmamağımdır".
Bu, 2012/2013-cü illər mövsümündə "Siyena"nın baş məşqçisi olan zaman danışılmış oyunlara görə 4 ay müddətinə diskvalifikasiya edilən Konteyə ünvanlanmış mesajdır.
2016-cı ildə məhkəmə Konteyə bəraət qazandırıb.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi