İdman
"Liverpul"un səfər qələbəsi, "Mançester Yunayted"in səfər məğlubiyyəti - - VİDEO
Fevralın 11-də futbol üzrə İngiltərə Premyer Liqasının XXVII turu çərçivəsində üç oyun keçirilib.
Publika.az xəbər verir ki, çempionatda ikinci pillədə qərarlaşan "Mançester Yunayted" komandası səfərdə "Nyukasl Yunayted"lə qarşılaşıb. Oyun meydan sahibərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. "Nyukasl Yunayted"in heyətində 65-ci dəqiqədə Mat Riçi fərqlənib. Bu nəticədən sonra ikinci sıradakı "Mançester Yunayted"lə çempionatın lideri "Mançester Siti" arasındakı xal fərqi 16-ya çatıb.
Günün digər oyununda dördüncü sırada yer alan "Liverpul" rəqib meydanında "Sauthempton"la görüşüb. Matçda "Liverpul" rəqibini 2:0 hesabı ilə məğlub edib. Görüşün 6-cı dəqiqəsində "Liverpul"un futbolçusu Firmino hesabı açıb. Otuz altı dəqiqə sonra Məhəmməd Salah hesab arasındakı fərqi artırıb – 2:0. "Liverpul"un futbolçularının bu əzmkar qələbəsindən sonra komanda xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində "Tottenhem"i qabaqlayaraq üçüncü pilləyə yüksəlib.
Bu gün keçirilən ilk qarşılaşmada "Haddersfild" komandası "Bornmut"a böyük hesabla qalib gəlib - 4:1 .
Qeyd edək ki, hazırda İngiltərə çempionatında turnir cədvəlinə 72 xalla "Mançester Siti" liderlik edir. "Mançester Yunayted" 56 xalla ikinci, "Liverpul" 54 xalla üçüncü, "Tottenhem" 52 xalla dördüncü pillədə yer alıblar. Bir oyun az keçirən "Çelsi" isə 50 xalla beşinci sıradadır.
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
Rəsmi xronika09:34
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU