"Ayntraxt"dan qovulan millimizin üzvü "Dinamo"da
Bizi izləyin

İdman

"Ayntraxt"dan qovulan millimizin üzvü "Dinamo"da

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubundan qovulub.

Publika.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun düşərgəsinə yollanıb.

O, formasını qorumaq üçün paytaxt təmsilçisinin məşqlərinə qatılır.

“Ayntarxt” millimizin üzvünə özünə klub tapması üçün icazə də verib.

Qeyd edək ki, “Ayntarxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm