Messi adanı FƏTH ETDİ
Bizi izləyin

İdman

Messi adanı FƏTH ETDİ

İspaniyanın “Barselona” klubunun ulduzu Lionel Messi İbiza adasında hotel alıb.

Publik.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Obyekt ikinci sahil xəttində - ən məşhur çimərliklərin birində yerləşir.

Hoteldə 52 otaq, böyük hovuz, damda gözəl mənzərəli bar var. VİP xidmətlərin də təklif olunduğu mehmanxananın gecəsi 226 – 525 funt sterlinq təşkil edir.

Qeyd edək ki, Lionel Messi ötən il İspaniyanın Sidjes bölgəsində 26 milyon funt sterlinqə 4 ulduzlu hotel almışdı.

İbiza Aralıq dənizindəki Balear adalarında yerləşən və İspaniyanın tabeliyində olan bir adadır. Adada başlıca 3 şəhər vardır. İbiza son 30 ildə turizmin və əyləncənin Avropadakı mərkəzinə çevrilib.

Adanın adı ərəbcə “yabisah” sözündən götürülüb. Səbəbi isə Orta əsrlərdə müsəlmanların uzun müddət bu torpaqlarda yaşaması olub. Ada daha çox yay partiləri və məşhur gecə klubları ilə tanınır.

İbizanın böyük qismi 1999-cu ildə YUNESKO-nun “Dünya mirası” siyahısına salınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm