"Qəbələ" "Qalatasaray" və "Mançester Siti" ilə QARŞILAŞACAQ
Bizi izləyin

İdman

"Qəbələ" "Qalatasaray" və "Mançester Siti" ilə QARŞILAŞACAQ

“Qəbələ” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Publika.az xəbər verir ki, “qırmızı-qaralar” aprelin 5-8-də Türkiyədə keçiriləcək ənənəvi “İzmir Cup”da qüvvəsini sınayacaq.

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, məşqçilər Şəhruz Mustafayev və Elçin Rzazadə turnirə 16 futbolçunu göndərəcək. Bunlar Əli Tahirov, İslam Əbdüləzizov, İlkin Budaqov, Elnur Mustafayev, Mahir Mehdiyev, Sənan Məsimov, Ceyhun Bağırzadə, Nurlan Ağabəyov, Cümə Hüseynov, Ziya Şəkərxanov, Həsən Nəzərli, Samid Əhmədov, Murad Ağamalıyev, Sənan Zəkəriyyəyev, Fərid İsayev və Vüsal Əmirəhmədovdur.

56 komandanın mübarizə aparacağı turnirdə aprelin 6-da qrup mərhələsinin oyunları keçiriləcək. “Qəbələ” A qrupunda İngiltərənin “Mançester Siti”, Hollandiyanın “Alkmaar”, Türkiyənin “Qalatasaray”, “Çaykur Rizəspor”, “Karasu” və “Altay” klublarının müvafiq yaş qrupları ilə üz-üzə gələcək. “Qırmızı-qaralar” ilk turda “Çaykur Rizəspor”, ardınca “Karasu” ilə qarşılaşacaq. Növbəti iki matçında “Mançester Siti” və “Qalatasaray”la görüşəcək komanda V turda istirahət edib, sonda “Altay” və “Alkmaar”la üz-üzə gələcək. İştirakçıların növbəti mərhələdəki rəqibləri qrupda tutduqları yerlərə əsasən müəyyənləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm