İdman
Məşhur klub avrokuboklardan kənarlaşdırıla bilər
UEFA Fransanın PSJ klubunun sponsorluq müqavilələrindəki mümkün pozuntuları araşdırır.
"Report"un "The Financial Times" nəşrinə istinadən məlumatına görə, Paris klubu sponsor gəlirləri barədə 200 milyon avro məbləğində şişirdilmiş rəqəm təqdim edib.
Bu vəsait ötən yay Neymarın İspaniya "Barselona"sından və Kilian Mbappenin Fransa "Monako"sundan transferinə sərf olunub. Onlar müvafiq olaraq, 222 milyon avro və 200 milyon avroya alınıblar. UEFA PSJ-nin sponsor anlaşmalarını yoxlamasını "Octagon" şirkətinə həvalə edib. Qurum məsələ ilə bağlı yekun qərarı maliyyə ili yekunlaşdıqdan sonra verəcək.
Maliyyə feyr-pleyi qaydalarının pozulduğu təsdiqlənsə, Fransa klubu böyük məbləğdə cərimələnə və ya Çempionlar Liqasında iştirakdan kənarlaşdırıla bilər.
Qeyd edək ki, bu mövsüm PSJ-ni Avropanın ən nüfuzlu klub turnirinin 1/8 finalında "Real" üstələyib.
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü