İdman
İdmançımız DÜNYA ÇEMPİONU oldu
Tunisin Hammamet şəhərində keçirilən taekvondo üzrə gənclər arasında dünya birinciliyinin üçüncü gününə yekun vurulub.
Publika.az xəbər verir ki, yarış Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.
Gənc idmançı bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. 63 kq çəki dərəcəsində dayaq üzərinə çıxan Cavad Pakistan, ABŞ, Cənubi Koreya, Efiopiyadan olan idmançıları yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib.
Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da Cavad həm dünya çempionu olub, həm də rəqibinə bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR