İdman
Baş məşqçi: "Azərbaycan batutda tarixi medalını qazandı"
Azərbaycan bu gün Bakıda keçirilən Avropa Çempionatında batutda tullanma hətəkətlərində ilk tarixi medalını qazandı. Batut yarışlarında Svetlana Makştareva və Veronika Zemlyanaya Azərbaycan üçün gümüş medal qazanıblar.
Publika.az xəbər verir ki, Azərbaycanın batut üzrə yığmasının baş məşqçisi Vladimir Şulikin qələbə ilə bağlı təəssüratlarını bölüşüb:
"Mən çox xoşbəxtəm. İkinci yer. Onlar həmişə ikinci olublar, indi birinci olmaq lazımdır. Bu, Azərbaycan üçün tarixi medaldır. Avropa çempionatında gümüş qazanmaq çox möhtəşəm bir haldır. Artıq qızıl medal üçün çalışacağıq, bunun üçün proqramın mürəkkəbliyini bir az da artıracağıq".
Baş məşqçi ümumilikdə bütün komandanın çıxışından razı qaldığını bildirib. O əlavə edib: "Finala çıxa bilməyən İlya Qrişunun üçün təəssüf edirəm. Lakin bu idmandır, ona lap az bal çatmadı. Sinxron hətəkətlərdə bir qədər alınmadı, çünki onlar ancaq yarım aydır ki bir yerdə məşq edirlər və ikinci çıxışı birlikdə cəmi 3-4 dəfə məşq ediblər. Bundan sonra da işləyəcəyik. Eləcə də Selcan Maqsudova üçün təəssüf edirəm, yüksək yerə namizəd idi, lakin təcrübəsi çatmadı. Bununla belə 2019-cu ildə Avropa Oyunlarına bütün mümkün lisenziyaları qazandıq".
Sonda baş məşqçi bildirib: "Biz öz hədəflərimizi müəyyən etmişik, bundan sonra daha da səylə işləyəcəyik".
-
İdman20:45
Azərbaycan - Slovakiya oyununda ikinci qol - CANLI/YENİLƏNDİ
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi