İdman
AFFA-dan cəza YAĞMURU
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Publika.az xəbər verir ki, İK Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda və Topaz Premyer Liqanın 23-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Aərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Oyunun 71-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun “Sumqayıt” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Səbail” matçında “Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun “Kəpəz” – “Qarabağ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 37-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun “Zirə” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb , klub 200 manat cərimə olunub.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək