Çin "Qalatasaray"ın ulduzunu da aparır - AĞLASIĞMAZ TƏKLİF
Bizi izləyin

İdman

Çin "Qalatasaray"ın ulduzunu da aparır - AĞLASIĞMAZ TƏKLİF

Vurduğu qollarla Super Liqada fırtına kimi əsən “Qalatasaray”ın forvardı Bafetimbi Gomisə Çindən təklif gəlib.

Publika.az xəbər verir ki, adı açıqlanmayan klub 27 yaşlı futbolçuya illik 10 milyon avro maaş vəd edib.

Transfer üçünsə “Qalatasaray”a 5 milyon avro təklif edilib. Klub mövsümün sonunda “Qalatasaray”a rəsmi müraciət edəcək.

Qeyd edək ki, Çində transfer dövrü 18 iyunda başlayıb, 13 iyulda başa çatır.

Xatırladaq ki, Gomis bu mövsüm Super Liqada çıxdığı oyunlarda 27 qol vurub. O, bu nəticə ilə turnirin bombardiri adına ən real namizəddir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm