İnyesta Çində 81 milyon avro qazanacaq: 6 milyon şüşə şərab...
Bizi izləyin

İdman

İnyesta Çində 81 milyon avro qazanacaq: 6 milyon şüşə şərab...

"Barselona"nın əməkdar futbolçusu Andres İnyestanın Çin klubu “Çuntsin Lifan” ilə bağladığı müqavilənin detalları məlum olub.

Publika.az xəbər verir ki, klub təcrübəli futbolçuya 81 milyon avro müqabilində 3 illik müqavilə təklif edib. Əlavə olaraq, klub İnyestanın öz adı ilə istehsal etdirdiyi şərablardan 6 milyon şüşə alacaq. Bu isə 36 milyon avro deməkdir.

Qeyd edək ki, Andres İnyesta 2001-ci ildən "Barselona"nın formasını geyinir. O, klubu ilə 8 dəfə İspaniya çempionluğu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm