Bunu dərk etmək üçün ona vaxt lazım olacaq
Bizi izləyin

İdman

Bunu dərk etmək üçün ona vaxt lazım olacaq

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasının yarımfinalında "Bavariya" üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Publika.az xəbər verir ki, ingilis futbolçu bu sözləri deyib:

"Bu, gerçəkləşən bir xəyaldır. Uşaqlardan biri sadəcə olaraq soruşdu: "Mövsümöncəsi bunu sizə desəm, mənə inanarsınızmı?" Düzünü desəm, yəqin ki, buna inanmazdım. Çünki uşaqlıqda həmişə sadəcə oynayacağını düşünürsən və sonra bura gələndə buna inana bilmirsən. Bir az emosionalam və hələ də şokdayam. Görünür, bunu dərk etmək üçün mənə vaxt lazım olacaq.

Bu matçın taleyini xarakterimiz müəyyən edib. Bu mövsüm tez-tez gündəmə gəlir. Çoxlu bacarıqlı və istedadlı futbolçularımız var. Belə matçlarda məğlub olduğumuz vaxtda ehtiyatda olanlar da yaxşı çıxış edir. Onlar işlərini mükəmməl görür. Bunun sayəsində qalib gəlirik.

Bu dəlilikdir! İnanmaq mümkün deyil! İlk finalım İngiltərədə "Borussiya"ya qarşı olacaq. Biz onlara hörmət etməliyik. Bu finala layiq idilər. Köhnə dostları görmək xoş olacaq. Düşünürəm ki, sabah səhərə qədər telefonu söndürsəm yaxşı olar".

Qeyd edək ki, “Real” finalda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm