İdman
Taekvondoçularımız Bolqarıstandan iki medalla qayıdır - - FOTOLAR
Bolqarıstanın Plovdiv şəhrində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.
Publika.az xəbər verir ki, sayca 7-ci olan qitə çempionatında 5 idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsüdə yer alıb.
Belə ki, K44 + 58 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb. Nicat Müslümov (K – 43 – 75 kq) isə yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub. Digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Abışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.
Xatırladaq ki, Plovdiv şəhərinin “Kolodruma” idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur. Böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə növbəti uğura imza atan millimiz artıq qayıdıb.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?