FHN-in komandası 2-ci oldu - - FOTOLAR
Bizi izləyin

İdman

FHN-in komandası 2-ci oldu - - FOTOLAR

27 iyun 2018-ci il tarixində Bakı şəhər Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında Azərbaycan polisinin 100 illik yubileyinə həsr olunmuş idmanın Cüdo növü üzrə açıq çempionat keçirilib.

Publika.az xəbər verir ki, DİN-in təşkilatçılığı ilə keçirilmiş yarışda Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları qüvvələrini sınayıb. Çempionatda 120-yə yaxın idmançı iştirak edib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 66 kq çəki dərəcəsində Məhərrəmov Sadıq 1-ci yer, 66 kq çəki dərəcəsində Əsgərov Sahib 2-ci yer, 81 kq çəki dərəcəsində Mahmudov Seyran, Sadıqzadə Ülvi 3-cü yer, 90 kq çəki dərəcəsində Məmmədov Məhərrəm və Əliyev Həsən 3-cü yerə layiq görülüb. Komanda hesabında isə Fövqəladə Hallar Nazirliyinin komandası ikinci yeri tutub.

Qeyd edək ki, FHN komandasının məşqçiləri daxili xidmət mayoru Taleh Sadıqov, Rasim Babayev, Arzu Axundov, komanda nümayəndələri kapitan Faiq Rzayev, leytenant Ağayev Orxandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm