Dünyanın ən güclüsü MƏLUM OLDU - Moskvada QOL YAĞIŞI (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Dünyanın ən güclüsü MƏLUM OLDU - Moskvada QOL YAĞIŞI (YENİLƏNDİ)

69-cu dəqiqədə Xorvatiya ümidlənir. Mario Mancukiç fərqlənir: 4-2. Lakin hesab sona kimi dəyişmir və Fransa XXI dünya çempionatının qalibi adını qazanır. Tarixində 3-cü dəfə final oynayan "xoruzlar" 2-ci dəfə dünyanın ən güclüsü olur.

***

65-ci dəqiqədə Kilian Mbappe Fransanın qələbəsinə şübhə yeri qoymur: 4-1

***

Oyunun 59-cu dəqiqəsində fransızların heyətində Pol Poqba hesab arasındakı fərqi 2-yə çıxarır: 3-1

***

Antuan Qrizmann oyunun 38-ci dəqiqədə penalti zərbəsi ilə Fransanı yenidən hesabda irəli çıxarır: 2-1

***

Oyunun 28-ci dəqiqəsində hesab bərabərləşir. Xorvatların heyətində İvan Perişiç fərqlənir: 1-1

***

Oyunun 19-cu dəqiqəsində hesab açılır. Mandzukuçin avtoqolu sayəsində sevinən tərəf Fransa olur: 1-0

***

Fransa və Xorvatiya arasında dünya çempionatının final matçı başladı.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar.

Fransa: 1. Uqo Lyoris, 2. Benjamen Pavar, 4. Rafael Varan, 5. Samüel Yumtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. NQolo Kante, 14. Bleyz Matüidi, 21. Lukas Ernandes

Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Striniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç, 11. Marselo Brozoviç, 17. Mario Mancukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

****

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulacaq.

Publika.az xəbər verir ki, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gələcək. Bu, Xorvatiyanın tarixində ilk finaldır, amma fransızlar iki dəfə bu həyəcanı yaşayıblar.

Hər iki komanda dünya çempionatları tarixində ən yaxşı nəticəsini Fransada keçirilən yarışda qazanıb. Ev sahibi Fransa DÇ-1998-in qalibi, Xorvatiya isə həmin mundialda bürünc medala sahib olub. O zaman bu iki komandanın yarımfinaldakı mübarizəsndən Fransa qalib ayrılmışdı - 2:1.

19:00. Fransa - Xorvatiya

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, "Lujniki" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm