
"Qarabağ" iki futbolçusunu icarəyə verib. Eltun Yaqublu və Təmkin Xəlilzadə AZAL-da çıxış edəcək. Hər iki futbolçunun icarə müqaviləsi yeni mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Qurban Qurbanov ötən mövsüm Təmkin Xəlilzadəyə əsas komandanın heyətində 4 oyunda şans verib. 20 yaşlı yarımmüdafiəçi 227 dəqiqə oynayıb. 21 yaşlı müdafiəçi Eltun Yaqublu isə 1 oyunda 67 dəqiqə oynamaq şansı qazanıb.