• USD 1,7000 0,00% EUR 1,9474 -0,49%
    • GBP 2,2029 -0,85% RUB 0,0260 +0,38%

İndi "Qarabağ" haqda düşünmürəm - Roberto Bordin

İndi "Qarabağ" haqda düşünmürəm - Roberto Bordin

İlk oyunun iştirakçısı olmaq xoşdur. Qalib gəslək də, istədiyimiz oyunu göstərə bilmədik. Hərçənd, oyunda rəqibdən sayca üstün idik.

Bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının ilk turunda "Sumqayıt"a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Anton Krivotsyukun müdafiənin mərkəzində oyunundan razı qaldınız?

- Anton yığmada da bu mövqedə oynayıb. O, sol cinahda da çıxış edə bilər. Təəssüf ki, sarı vərəqə aldı. Ancaq ümumilikdə Krivotsyukdan razı qaldım.

- Matç boyu qapıçınız Səlahət Ağayevə iradlarınızı bildirirdiniz. Bu, nə ilə bağlı idi?

- Təkcə qapıçıya yox, bütün futbolçura iradlarımı bildirirdim ki, oyuna tez başlayaq, xüsusilə say üstünlüyünə malik olduğumuz vaxtda. Sona yaxın Səlahət bir az oyunu yubadırdı. Qarşılaşmada 3-cü qolu vurmaq istəyirdik. Ağayev ilk hissədə çox yaxşı qurtarış etdi.

- Ruslan Abışov bir neçə ay çıxış etməyəcək. Müdafiədəki boşluqları aradan qaldırmaq üçün transfer etməyi düşünürsünüz?

- Əlbəttə, bunun üzərində işləyirik. Müdafiəni daha da təkmilləşdirməyi fikirləşirik.

- Daha çox qol vurmaq istədiyinizi dediniz. Ancaq ikinci hissənin əvvəlində iki müdafəyəmeyilli futbolçu - Ömər Buludovla Qoran Paratskini meydana buraxdınız. Əvəzetmələriniz hesabı qorumaq üçün idi?

- Yarımmüdafiə xəttində zədəli futbolçu oldu. Ona görə məcburi əvəzləmə etməli oldum. Taktiki gediş deyildi.

- "Qarabağ"la liderlik mübarizəsi apara biləcəksinizmi?

- İndi "Qarabağ" haqda düşünmürəm. Çünki növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq. Hazırda bu matç haqda fikirləşməliyik.

- Moldovadan sonra Azərbaycan Premyer Liqasında debüt etdiniz. Təəssüratlarınız necədir? Bu iki ölkənin çempionatını necə müqayisə edərdiniz?

- Azərbaycan çempionatında yaxşı legionerlərlə yanaşı, səviyyəli, bacarıqlı yerli futbolçular da var. Təəssüratlarım yaxşıdır.

- Ötən mövsümün bombardiri olan Baqali Dabonu cinahda oynatdınız. Hesab etmirsinizmi ki, o, hücumda daha çox effektli olardı?

- Dabo elə futbolçudur ki, hücumda da oynaya bilər, cinahda da. Onu cinahda ona görə oynatdım ki, təkbətək mübarizələrdə üstün idi və bu keyfiyyətlərini göstərdi.

- Əsas heyət üzvlərindən olan Rəhman Hacıyevi ehtiyatda saxladınız. Bu, taktiki gedişlə bağlı idi, yoxsa başqa səbəb vardı?

- Bu, sadəcə taktiki seçim idi. Qərar belə oldu ki, orta sahədə Soni Mustifar, Rəşad Eyubov və Emin Mahmudov oynasın.

- Gənc futbolçulara şans verdiniz. Rəhbərlik qarşınıza belə tapşırıq qoyub ki, onlara xüsusi diqqət ayırasınız?

- Bacarıqlı, gənc futbolçularımız var və hər birinə növbəti matçlarda şans verəcəyik (Qol.az).

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>