“Real”ın sabiq üzvü yenidən yaşıl meydanlarda
Bizi izləyin

İdman

“Real”ın sabiq üzvü yenidən yaşıl meydanlarda

"Real"ın və Braziliya millisinin sabiq üzvü Julio Baptista yenidən futbola qayıdıb.

Publika.az komanda.az-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Rumıniyanın "ÇFR Kluj" klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat verib.

Futbolçu ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Braziliyanın "Sao Paulo" klubunda başlayan Baptista, "Sevilya", "Real", "Arsenal", "Roma" kimi klubların şərəfini qoruyub. 36 yaşlı yarımmüdafiəçi Braziliya millisi ilə 48 qarşılaşmada iştirak edib və 5 qol vurub.

Son olaraq Amerikanın "Orlando Siti" klubunda çıxış edən Baptista, 2017-ci ildən heç bir klubda forma geyinməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm