• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Qurban Qurbanov: "Çətin və maraqlı qrupa düşdük"

  • İdman
  • 31 Avqust 2018 19:00
  • 586 Baxış
Qurban Qurbanov: "Çətin və maraqlı qrupa düşdük"

"Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi avrokuboklarda təcrübələri olan klublarla qarşılaşacağıq".

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin nəticələri barədə açıqlamasında deyib.

Q.Qurbanov qeyd edib ki, ötən mövsümdə qrupdakı rəqiblər də çətin idi. “Ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR