İdman
III Avropa Oyunları hansı ölkədə keçiriləcək? - Seçim başladı
Avropa Olimpiya Komitələri (EOC) 2023-cü il III Avropa Oyunlarının keçirilməsinə namizədlərin seçimi üzrə prosesin başlandığını elan edib.
Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin İsveçin paytaxtı Stokholmda təşkil olunan iclasında qəbul edilib.
Müsabiqədə iştirakdan ötrü sənədlərin verilməsi üçün son müddət 28 fevral 2019-cu ildir.
III Avropa Oyunlarına ev sahibliyi edəcək şəhər və ya şəhərlərin adları “Minsk 2019” II Avropa Oyunları ərəfəsində açıqlanacaq. Bu da yeni təşkilatçıların Belarusda baş tutacaq tədbir zamanı təcrübə toplamalarına imkan yaradacaq.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. Növbəti Oyunlar 2019-cu il iyunun 21-30-da Minskdə təşkil olunacaq.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi