Premyer Liqada 6-cı tur həyəcanı: "Qarabağ" debütantı sınağa çəkir
Bizi izləyin

İdman

Premyer Liqada 6-cı tur həyəcanı: "Qarabağ" debütantı sınağa çəkir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

Publika.az-ın xəbərinə görə, turun açılış matçı "Bakcell Areana"da baş tutacaq. Turnir cədvəlinin iki liderindən biri olan "Neftçi" "Səbail"i qəbul edəcək. Bu komandalar indiyədək çempionat oyunlarında 4 dəfə üz-üzə gəliblər. Yalnız ötən mövsüm qarşılaşan paytaxt təmsilçilərinin son 3 oyununda “Neftçi” qalib gəlib. “Ağ-qaralar” ev matçlarında 2 top fərqi ilə qələbə qazanıb. Topların fərqində də flaqmanın üstünlüyü var - 9:2 .

"Neftçi" ilə eyni xala malik olan "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşacq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər.

Turun digər iki matçı isə sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar Premyer Liqada 40 dəfə qarşılaşıblar. 11 oyunda əyalət təmsilçisi, 14-də "Keşlə" meydanı 3 xalla tərk edib. 15 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədir - 51:40. "Qəbələ" rəqibinə qarşı keçirdiyi son 7 çempionat oyununda meydanı qolsuz tərk etməyib. Əvəzində "Keşlə" ardıcıl 11 oyundur rəqibini məğlub edə bilmir.

VI tura "Bayıl Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı ilə yekun vurulacaq. Komandalar arasındakı çempionat oyunlarının 6-da "Zirə", 3-də "gənclik şəhəri" təmsilçisi qələbəyə sevinib. 3 matç isə heç-heçə yekunlaşıb. Topların fərqində də qəsəbə klubu öndədir - 15:10. Komandalar arasında son 5 Premyer Liqa matçında hər iki komanda qol sevinci yaşayıb. “Zirə” son 6 görüşdə rəqibinə yalnız bir dəfə uduzub.

Azərbaycan Premyer Liqası, VI tur

29 sentyabr (şənbə)

18:55. “Neftçi” – “Səbail"

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bakcell Arena”

20:50. “Sabah” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Əlincə Arena”

30 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Abas Hüseynov

Qəbələ şəhər stadionu

20:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

“Bayıl Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm