İdman
Azərbaycan futbolunun canlı əfsanəsi 50 yaşında - FOTO
Oktyabrın 4-də Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun 50 yaşı tamam olur.
Publika.az-ın məlumatına görə, karyerası ərzində "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Real Betis" (İspaniya), "Vitoriya" (Portuqaliya) kimi klubların şərəfini qorumuş futbolçu 24 yaşında Rusiya Premyer Liqasında bombardir olmağı bacarıb.
V.Qasımovun karyerası ilə bağlı məlumatlara göz gəzdirərkən ən diqqətçəkən məqamlardan biri onun 14 yaşına qədər həndbolla məşğul olmasıdır. Başqa bir maraqlı nüans isə yubilyarın futbolçu karyerasına başlamasından cəmi bir il sonra - 15 yaşında ikən SSRİ yığmasının tərkibinə daxil edilməsi və 16 yaşında öz yaş qrupunda Avropa çempionu olmasıdır. Nə qədər qəribə də görünsə, V.Qasımov kimi istedadlı futbolçu milli komandamızda cəmi 14 oyuna çıxıb və bu oyunlarda qol vurmayıb.
Cəmi dörd il əsas millinin şərəfini qoruyan futbolçu 30 yaşında - 1998-ci ildə yığma ilə vidalaşıb. Millidəki karyerasından fərqli olaraq, daha uğurlu alınan klub karyerasına nəzər salanda onun 1992-ci ildə "Dinamo" (Moskva) klubunun heyətində keçirdiyi 17 oyunda rəqib qapılarına 16 dəfə yol tapması diqqətdən yayınmır. Onun Rusiya birinciliyində imza atdığı daha bir ilk bir mövsümdə iki dəfə het-trik edən 12 futbolçudan biri olmasıdır. Elə məhz bu uğurlu mövsümün ardından futbolçumuzu "Real Betis" klubu sıralarına qatmağa müvəffəq olur. 1992/1993 mövsümünün yarısını, həmçinin 1993/1994 və 1994/1995 mövsümünü İspaniya klubunda keçirən hücumçu 9 qol vurmaqla komandasının La Liqaya yüksəlməsində böyük rol oynayır. Ancaq mövsümün sonunda Qasımov La Liqanın digər təmsilçisi "Albasete" ilə anlaşır. "Albesete"də 22 oyun keçirən təmsilçimiz mövsümün sonunda "Esixa"nın formasını geyinir.
Yubilyarın karyerasının son illəri isə Portuqaliya ilə bağlıdır. Belə ki, o, əvvəlcə "Vitoriya"da (Setubal) çıxış edir. "İmortal" isə hücumçumuzun son klubu olur və 2001-ci ildə - 33 yaşında karyerasına nöqtə qoyur. Futbolçu karyerasını bitirən forvard Portuqaliyanın aşağı diviziya klubu olan "Gelves"də, Azərbaycan millisində və "Neftçi"də məşqçilik bacarığını sınayıb.
V.Qasımovu digər futbolçularımızdan fərqləndirən başqa cəhət isə onun bir neçə xarici dildə sərbəst danışmasıdır. Belə ki, veteran futbolçu ana dili ilə yanaşı, rus, ispan, portuqal dillərini bilir.
Veteran futbolçumuz UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində ölkəmizi təmsil edib və Bakıda keçiriləcək final oyununun səfiri seçilib.
-
Hadisə19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin218:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu