"Qəbələ" "Neftçi"yə ilk məğlubiyyət acısını yaşatdı
Bizi izləyin

İdman

"Qəbələ" "Neftçi"yə ilk məğlubiyyət acısını yaşatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasındaı II dövrəyə start verilib.

Publika.az xəbər verir ki, VIII turun açılış matçında “Qəbələ” doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 8-ə yüksəldərək, 5-ci pillədə qərarlaşıb. Premyer Liqada ilk məğlubiyyətini alan “Neftçi” isə 19 xalda qalıb.

Qeyd edək ki, günün digər matçında “Qarabağ” “Səbail”i qəbul edəcək. Tura sabah keçiriləcək “Sumqayıt” – “Sabah” və “Keşlə” – “Zirə” matçları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm