Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək
Bizi izləyin

İdman

Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

Günün mərkəzi matçı İngiltərədə təşkil olunacaq. "Mançester Yunayted" İtaliya "Yuventus"u ilə üz-üzə gələcək. Günün digər oyununda turnirin son qalibi "Real Madrid" Çexiyanın Viktoriya" komandasını sınağa çəkəcək.

Çempionlar Liqası, III tur

23 oktyabr

E qrupu

20:55. AEK (Afina, Yunanıstan) - "Bavariya" (Almaniya)

23:00. "Ayaks"(Hollandiya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Ayaks" - 4, "Bavariya" - 4, "Benfika" - 3, AEK - 0.

F qrupu

23:00. "Hoffenhaym" (Almaniya) - "Lion" (Fransa)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Lion" - 4, "Mançester Siti" - 3, "Şaxtyor" - 2, "Hoffenhaym" - 1

G qrupu

23:00. "Real Madrid" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Roma" (İtaliya) - MOİK (Moskva, Rusiya)

Xal durumu: MOİK - 4, "Roma" - 3, "Real Madrid" - 3, "Viktoriya" - 1.

H qrupu

20.55 "Yanq Boyz" (İsveçrə) - "Valensiya" (İspaniya)

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 6, "Mançester Yunayted" - 4, "Valensiya" - 1, "Yanq Boyz" - 0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm