DİN-in boksçuları 7 medal qazandı
Bizi izləyin

İdman

DİN-in boksçuları 7 medal qazandı

Saratovda idman veteranı V.Q.Sosnerin xatirəsinə həsr olunmuş kadet, yeniyetmə və gənclər arasında boks üzrə açıq turnir başa çatıb.

Publika.az xəbər verir ki, turnirdə ölkəmizi Daxili İşlər Nazirliyi (DİN) İdman Cəmiyyətinin 9 boksçusu təmsil edib.

İdman cəmiyyətinin baş məşqçisi, Əməkdar məşqçi Yadigar Məmmədovun verdiyi məlumata görə, komandamız yarışda 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Aslan Sultanov (50 kq), Ehtiram Abdullayev (54 kq), Eldar Babayev (60 kq) və Elmir Novruzov (66 kq) turnirin qalibi adına layiq görülüblər. Eldar Məmmədov (+80 kq) ikinci, Xalid Məmmədov (60 kq) və Umudəli Əzizov (59 kq) isə üçüncü yeri tutublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm