“Atletiko”nun qapıçısı ölkəsində ilin futbolçusu seçildi
Bizi izləyin

İdman

“Atletiko”nun qapıçısı ölkəsində ilin futbolçusu seçildi

“Atletiko”nun qapıçısı Yan Oblak ölkəsində - Sloveniyada ilin ən yaxşı futbolçusu seçilib.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafata dördüncü dəfə layiq görülüb.

Y.Oblak 2018-ci ildə Madrid klubunun heyətində 50 oyunda 36 qol buraxıb. O, həmçinin UEFA Avropa Liqasının və Avropa Super kubokunun qalibi olub.

Futbolçu Fransanın “L'Equipe” jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən, ən yaxşı qapıçı siyahısında da yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm