İdman
Karateçilərimiz iki medal qazandı
Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Xorvatiyanın Samobor şəhərində keçirilən 28-ci Qran-Pri turnirində uğurla çıxış edib.
Publika.az xəbər verir ki, komandanın üzvləri Hüseyn Məmmədli (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fidan Dadaşova (47 kq) isə bürünc medala layiq görülüb.
Yanvarın 11-dən 13-dək keçirilən ənənəvi yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın 22 üzvü iştirak edir. Qran-Priyə 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi qatılıb.
Qeyd edək ki, Xorvatiya səfəri karateçilərimiz üçün fevralın 8-dən 10-dək Danimarkanın Aalborq şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
-
Hadisə13 Yanvar 22:58
Şəmsəddin Xanbabayev vəfat etdi
-
İdman13 Yanvar 21:55
Aleks de Souza qovuldu